Çin Rusiyaya silah verməyib və gələcəkdə də vermək fikrində deyil.
Sitat.info xəbər verir ki, bu sözləri Çin Müdafiə Nazirliyinin adı açıqlanmayan rəsmisi deyib.
“Rusiyaya heç vaxt silah ixrac etməmişik və etməyi də planlaşdırmırıq”, - deyə o bildirib.
Qeyd edək ki, dünyanın bir sıra aparıcı media orqanları Çinin Rusiyaya ciddi hərbi yardım göndərdiyi barədə məlumatlar paylaşıblar. Pentaqon isə bunu təsdiqləyən faktlar olmadığını bildirib.
/Axar.az