İran yeni ballistik raketi “Rezvan”i təqdim edib

17:29 22 Sentyabr 2022

İran bu gün səhər Tehranda keçirilən hərbi paradda “Rezvan” adlı yeni ballistik raketini nümayiş etdirib.
SİTAT.İNFO xəbər verir ki, İran-İraq müharibəsinin ildönümü münasibətilə bu gün səhər İranın paytaxtı Tehranda keçirilən hərbi paradda “Rezvan” adlı yeni ballistik raket təqdim edilib.

Bildirilib ki, yüksək partlayıcı döyüş başlığına malik olan “Rezvan” ballistik raketi mazutla işləyir və 1400 kilometr mənzilə malikdir.

Hərbi paradda “Rezvan” ballistik raketindən əlavə, daha əvvəl təqdim edilmiş 1450 kilometr mənzilli “Xeybər” ballistik raketi də ilk dəfə nümayiş etdirilib.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti