Peskovun oğluna çağırış vərəqəsi gəldi: Cavabı belə oldu

17:33 22 Sentyabr 2022

"Rusiyada hərbi səfərbərliyə etiraz edənlərə hərbi komissarlıq tərəfindən səfərbərliyə çağırış vərəqəsi təqdim olunub. Buna haqq qazandıran Putinin sözçüsü Dmitriy Peskovun oğlu Nikolay da çağırış vərəqəsi alıb, amma komissarlığa getməkdən imtina edib".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Ərəstin Oruclu yazıb. 

Onun sözlərinə görə, faktı şərh edən Putinin sözçüsü isə bu dəfə nala-mıxa vurmağa başlayıb: "Səfərbərliyin ilk günü hərbçilərin Peskovun oğluna yolladığı çağırış vərəqəsi əslində Putinə ünvanlanmış çağırışdır. 

Rusiya maraqlı mərhələyə qədəm qoydu. Uğurlu, xeyirli olsun. Onun imperialist siyasətindən yüz illərdir əzab çəkən xalqlar üçün əlbəttə".

Səid,

SİTAT.İNFO



Xəbər xətti