“Azov”un keçmiş komandiri azad edilmiş hərbi əsirlərin vəziyyətindən danışıb. Belə ki, Ukrayna Rusiya əsirliyindən 215 müdafiəçini, o cümlədən 124 zabit və beş ən məşhur komandiri geri qaytarıb.
SİTAT.İNFO xəbər verir ki, Azov alayının keçmiş komandiri Andrey Beletski azadlığa buraxılan ukraynalı hərbi əsirlərin fiziki vəziyyətinin heç də yaxşı olmadığını və hazırda onların hamısının xəstəxanada olduğunu açıqlayıb.
Onun sözlərinə görə, azad edilmiş ukraynalı qəhrəmanlar arasında xeyli sayda yaralı var. Onlardan Ukraynaya gətirilənlər artıq həkimlər tərəfindən müayinə olunurlar.
"Əksəriyyət yenidən işə başlamazdan əvvəl ruhi və fiziki istirahət etmək üçün dərhal qohumlarının, valideynlərinin yanına gedəcək", - Biletski bildirib.
“Azov”un keçmiş komandiri Türkiyəyə aparılan Azov alayının komandiri Denis Prokopenko, Svyatoslav Ponomar və Apislə telefonla danışa bildiyini bildirib.
Ləman,
SİTAT.İNFO