ABŞ Hərbi Hava Qüvvələrinin Tədqiqat Laboratoriyası GBU-31 bombasının ikinci sınağını keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Drive”nəşri məlumat yayıb.
Meksika körfəzində keçirilən sınaq zamanı “Joint Direct Attack Munition” avadanlığı ilə təchiz olunmuş bomba “gəmi”ni iki yerə bölüb.
Bildirilib ki, GBU-31 infraqırmızı və radiolokasiya rejimlərində işləyə bilən bütün hava şəraitinə uyğun axtarış sistemi başlığı ilə təchiz edilib.