Rusiyada səfərbərlik prosesindən kədərli görüntülər: Onlar da yaşadı...

16:37 23 Sentyabr 2022

Rusiyada  səfərbərlik elan olunub. Rusiya lideri Putin qısa səfərbərlik elan etdikdən sonra hərbi xidmətə çağırışlar başlayıb.

Hərbi hissələrin önündə kədərli mənzərələr yaşanıb. 

 “Müdafiə Nazirliyi və Baş Qərargahın Rusiyada qismən səfərbərlik elan edilməsi ilə bağlı təkliflərini dəstəkləməyi zəruri hesab edirəm” - Rusiya prezidenti Vladimir Putinin bu açıqlamasından sonra rular üçün həyat dəyişdi. Rusiyada avtovağzallarda vida göz yaşları töküldü.

Fevralın 24-dən Ukraynaya hücum edən Rusiya bu dəfə qismən səfərbərlik elan etməsi ilə müharibəni fərqli bir ölçüyə daşıyıb. Qərar qəbul edildikdən sonra kişilər hərbi xidmətə çağırılmağa başlayıb. Ailələr sevdiklərini qucaqlayıb sağollaşıblar. Bəziləri göz yaşlarına hakim ola bilməyib. Bəzi ailələr də çağırışçılarının hərbi xidmətə aparılmasına mənfi reaksiya veriblər.




Xəbər xətti