Tacikistanla sərhəddə son silahlı toqquşmalarda həlak olan Qırğızıstan vətəndaşlarının sayı 62 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 14-17 sentyabrda sərhəddəki qarşıdurmalar zamanı 200-ə yaxın Qırğızıstan vətəndaşı da yaralanıb.
/Axar.az