Rusiya-Gürcüstan sərhədində fövqəladə vəziyyət tətbiq edilə bilər

13:08 27 Sentyabr 2022

Rusiya-Gürcüstan sərhədində fövqəladə vəziyyət rejimi tətbiq oluna bilər.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo açıqlayıb.

Onun sözlərinə görə, hazırda vəziyyət nəzərdən keçirilir.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-i elan olunan qismən səfərbərlikdən sonra ölkədən çıxmağa çalışanların sayı artıb. Rusiya vətəndaşları əsas olaraq ölkə ilə qonşu dövlətlərə üz tuturlar.

 

 



Xəbər xətti