Rupa Huq - Ermənipərəst britaniyalı deputat, etdiyi şərhə görə partiyadan kənarlaşdırılıb.
APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, Leyboristlər Partiyasından olan deputat Rupa Huq, maliyyə naziri Kvasi Kvartenqə qarşı işlətdiyi irqçi sözlərə görə partiyadan kənarlaşdırılıb. O, partiyasının Liverpul şəhərində keçirilən iclasında naziri “səthi olaraq qaradərili” kimi təsvir edib.
Leyboristlər partiyasının sözçüsü, Rupa Huqun sözlərini pisləyərək belə bir şərhin tamamilə yersiz olduğunu qeyd edib. Mühafizəkarlar partiyasının sədri Ceyk Berri də Rupa Huqun şərhlərini pisləyib.
Rupa Huq haqqında partiyası tərəfindən araşdırma başlanıb. Araşdırmanın nəticələri məlum olana qədər o, parlamentdə müstəqil deputat kimi fəaliyyətinə davam edəcək.
Qeyd edək ki, Rupa Huq ötən il Böyük Britaniya xarici işlər nazirliyinə müraciət edərək qondarma erməni soyqırımını tanımaqla bağlı çağırış etmişdi.