Ərdoğan və Paşinyan görüşəcək

09:59 29 Sentyabr 2022

Praqada fors-major halı olmasa, Ermənistan Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü reallaşacaq.

Sitat.info xəbər verir ki, bu barədə “Hraparak” gizli hökumət mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 6-7-də Praqada həm Ermənistan, həm də Türkiyə liderlərinin dəvət olunduğu AB sammiti keçiriləcək. Bir neçə gün əvvəl Türkiyə Prezidenti Ərdoğan Praqada planlaşdırılan AB sammiti çərçivəsində Nikol Paşinyanla görüşməyə hazır olduğunu açıqlamışdı. Ötən gün Ermənistan XİN-i də belə bir görüşün baş tuta biləcəyini istisna etməyib.

 

/Axar.az



Xəbər xətti