Rusiyadan qaçanların sayı döyüşənlərdən çoxdur

12:07 29 Sentyabr 2022

Bir həftə ərzində Rusiyada səfərbərlik elan olunduqdan sonra ölkədən qaçanların sayı Ukraynada döyüşən rus qoşunlarının sayından çoxdur.

Sitat.info xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Putinin “qismən səfərbərlik” elan etməsindən bəri yeddi gün ərzində ordudan yayınmaq istəyən rusların kütləvi köçü başlayıb. Dəqiq rəqəmlər məlum deyil, lakin bu, Rusiyanın Ukraynanın işğalı üçün topladığı hərbçilərin ümumi sayından artıqdır. Ölkədən qaçanlar arasında daha çox imkanlı və savadlı şəxslər üstünlük təşkil edir”, - məlumatda deyilir.

/Axar.az

 



Xəbər xətti