Rusiya ordusu bu gün səhər saatlarında Zaporojyedən çıxamağa çalışan humanitar karvana raket zərbələri endirib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayət administrasiyasının rəhbəri Aleksandr Starux məlumat verib.
“İnsanlar müvəqqəti işğal olunmuş əraziyə getmək, yaxınlarını götürmək, yardım gətirmək üçün növbəyə dayanmışdılar”, - Starux bildirib.
İlkin məlumatlara görə, raket zərbələri nəticəsində 23 nəfər həlak olub, 28 nəfər isə yaralanıb.