Rusiyalı polislərə xaricə getmək qadağan edilib.
Sitat.info xəbər verir ki, bu barədə Rusiyanın “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, bununla bağlı Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev sentyabrın 23-də əmr imzalayıb.
Əmrə əsasən, qadınlar istisna olmaqla, Daxili İşlər Nazirliyinin şəxsi heyəti və rəhbərliyinə Rusiya ərazisini tərk etmək qadağan olunub.
Bundan başqa, dövlət sirlərinə çıxışı olan polislər xarici pasportlarını təhvil verməlidirlər.
/Axar.az