“Rusiyanın bu qərarını rədd edirik”

11:36 1 Oktyabr 2022

“Rusiyanın Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaq edilməsi barədə qərarını rədd edirik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Türkiyə XİN-in yaydığı bəyanatda yer alıb. 

“Beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərinin kobud şəkildə pozulması halı olan bu qərarın tərəfimizdən qəbul edilməsi mümkün deyil”, - deyə bəyanatda qeyd olunub. 

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Sentyabrın 30-u isə Kremldə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə sözügedən 4 vilayətin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələr

 

 



Xəbər xətti