Çeçenistan rəhbəri Ramzan Kadırovun üç oğlu Ukraynada xüsusi əməliyyata gedəcək və cəbhənin ən çətin hissələrində xidmət edəcək.
Axar.az xəbər verir ki, bu barədə Ramzan Kadırov öz Teleqram kanalında məlumat yayıb.
“Əhməd, Əli və Adəm öz bacarıqlarını xüsusi əməliyyat zonasında istifadə etməyə hazırdırlar. Zarafat etmirəm. Özlərini əsl döyüşdə göstərməyin vaxtı çatıb və mən yalnız onların istəklərini alqışlayıram. Tezliklə onlar cəbhəyə gedəcəklər. Onlar xüsusi əməliyyat zonasının ən çətin hissələrində olacaq”, - Kadırov söyləyib.