Rusiya Ovsyannikovanı axtarışa verdi

17:29 3 Oktyabr 2022

Rusiyanın “Pervıy kanal” telekanalının keçmiş redaktoru Marina Ovsyannikova axtarışa verilib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya DİN yayıb.

Bildirilir ki, Moskvanın Basman Rayon Məhkəməsinin qərarına görə, Ovsyannikova oktyabrın 9-na qədər ev dustaqlığında qalmalı idi.

O, Rusiya Silahlı Qüvvələri barədə həqiqətə uyğun olmayan məlumatlar yaymaqda ittiham edilərək bu cəzaya layiq görülüb. Bununla belə, keçmiş redaktoru 10 ilə qədər həbs cəzası gözləyir. 

Qeyd edək ki, oktyabrın 1-i jurnalistin keçmiş həyat yoldaşı İqor Ovsyannikov bildirib ki, Marina qızını da götürərək ev dustaqlığından qaçıb. 

Xatırladaq ki, bu il martın 14-də M.Ovsyannikova “Vremya” xəbərlər proqramının canlı efiri zamanı Ukraynada hərbi əməliyyatlar əleyhinə plakat açıb. Bundan sonra o, 30 min rubl məbləğində cərimə olunub və Almaniyaya işləməyə gedib.

İyulun əvvəllərində Ovsyannikova yenidən Rusiyaya qayıdıb. Avqustun əvvəli jurnalist evində axtarış aparıldıqdan sonra saxlanılıb. Bu dəfə isə o, iyulun 15-də etiraz piketi keçirməkdə təqsirləndirilib.



Xəbər xətti