Təbrizdəki kütləvi etiraz aksiyalarında gənc azərbaycanlı müğənni Arəş İffəti həbs olunub.
Sitat.info xəbər verir ki, bu barədə “Teleqram” kanallarında məlumat yayılıb.
Bildirilib ki, özünün yeni musiqi əsərini yazdırmağa hazırlaşan gənc müğənni Təbrizdə küçə etirazlarının ikinci günündə döyülüb, alın nahiyəsi zədələnib, barmağı sınıb.
Yaxınları ondan müalicə olunması üçün küçəyə çıxmamasını istəsələr də, güneyli gənc qorxmayaraq etirazlara qatılıb və həbs olunub.
/Axar.az