İran XİN: Rusiyanın “referendumlarını” tanımırıq

00:26 5 Oktyabr 2022

“İran Rusiyanın Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində keçirilən “referendumlarını” tanımır”.

Bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bəyan edib.

“İslam Respublikası həmişə olduğu kimi, öz prinsipial mövqelərinə uyğun olaraq, beynəlxalq hüququn əsas norması kimi bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə tam hörmət edilməsinin, həmçinin BMT Nizamnaməsinin prinsip və məqsədlərinə hörmətlə yanaşılmasının zəruriliyini vurğulayır”, - deyə Kənani bildirib.

O əlavə edib ki, Tehran sülhün, sabitliyin və əmin-amanlığın gedişatını poza biləcək bütün təxribatçı fəaliyyətlərə qarşıdır.//Oxu.az



Xəbər xətti