Rusiya təhlükəsizlik qüvvələri Qriqoryanı həbs etdi

14:37 5 Oktyabr 2022

Rusiya təhlükəsizlik qüvvələri Həştərxan rəhbərinin köməkçisi, “Vətən” partiyasının regional şöbəsinin sədri Karen Qriqoryanı saxlayıblar.

Sitat.info xəbər verir ki, bunu “Vətən” partiyasının Həştərxan şəhər dumasındakı fraksiyasının rəhbəri Vasili Vorox deyib.

“Həbsin səbəbləri hələlik məlum deyil. Tələsik nəticə çıxarmağa dəyməz”, - o bildirib.

Məlumata görə, Qriqoryan Teleqram kanallarından istifadə etməklə bəzi cinayətlərdə şübhəli bilinir. Hələlik hüquq-mühafizə orqanlarından rəsmi şərh verməyib.

/Axar.az



Xəbər xətti