Ukrayna Prezidenti Vladimir Zelenski Ali Baş Komandanlığın iclasını çağırıb.
Sitat.info xəbər verir ki, bu barədə Vladimir Zelenski Teleqram kanalın məlumat yayıb.
“Kəşfiyyat nümayəndələri, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və əməliyyat rayonlarının qoşun komandanları cəbhədəki mövcud vəziyyət barədə məlumat veriblər. Nəzərdən keçirilən digər mühüm məsələlər sırasında yeni işğaldan azad edilmiş ərazilərdə sabitliyin təmin edilməsi, torpaqlarımızın daha da azad edilməsi, təcavüzkarın istifadə etməyə başladığı yeni silah növlərinə qarşı mübarizə, ordumuzun qış dövrünə hazırlığı daxildir. Ukrayna addımbaddım qələbəyə doğru gedir”, - Zelenski bildirib.
/Axar.az