Nigeriyanın Yobe əyalətində aylardır davam edən güclü yağışların yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 75 nəfər ölüb.
Sitat.info xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Əyalətin fövqəladə hallar xidmətinin rəhbəri Məhəmməd Qoye bildirib ki, 31 mindən çox ev daşqınlardan zərər çəkib.
Nigeriyada yağıntılı mövsüm mayın sonunda başlayır və sentyabrda bitir.
/Axar.az