Ermənistanın Baş naziri Nikol Paşinyan Praqadan Sankt-Peterburq şəhərinə yola düşüb.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində iştirak edəcək.
Xatırladaq ki, dünən Praqada Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş olub. Bununla yanaşı, Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında da görüş baş tutub.