Praqada əksər ölkələr Türkiyədən Yunanıstanla münasibətləri yaxşılaşdırmaq üçün addım atmasını gözlədilər. Amma bizim Yunanıstanla danışacaq bir şeyimiz yoxdur.
Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə təkcə Yunanıstana deyil, onun təhlükəsizliyini təhdid edən istənilən ölkəyə də adekvat cavab verməyə hazırdır. Bunu təkcə Yunanıstan eşitməsin. Hansı ölkə bizə hücum etsə, bir gecə qəfil gələ bilərik. Onlar bu barədə bilməlidirlər”, - Ərdoğan bildirib.
/Axar.az