Dünyanın müxtəlif yerlərində sərhəd ölkələri arasında yaşanan gərginliyə İsrail və Livan arasındakı gərginlik də əlavə edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail hökumətinin mətbuat xidmətindən verilən açıqlamada İsrailin müdafiə naziri Benni Qantzın Baş Qərargah rəisi və Müdafiə Nazirliyinin baş direktoru da daxil olmaqla yüksək səviyyəli hərbi və təhlükəsizlik rəsmiləri ilə baxış iclası keçirdiyi bildirilib:
“Livanla dəniz sərhədinin demarkasiyası ilə bağlı danışıqlarda baş verən hadisələrin ardınca Gantz müdafiə birliklərinə şiddətlənən şimalda istənilən hücum və ya müdafiə ssenarisinə hazırlaşmağı tapşırıb”.