Ukrayna Rusiya helikopterini vurdu

14:59 7 Oktyabr 2022

Oktyabrın 7-də səhər saatlarında Rusiyanın daha bir Ka-52 helikopteri Ukrayna səmasında vurulub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığına məlumat yayıb.

“Oktyabrın 7-də səhər saat 8:00 radələrində Ukraynanın cənubunda Hərbi Hava Qüvvələrinin Mərkəzi Hava Komandanlığının zenit-raket bölməsi işğalçıların Ka-52 hücum helikopterini məhv edib”, - məlumatda deyilir.

 

 

 



Xəbər xətti