Afina ilə Ankara arasında gərginliyin artdığı bir vaxtda ABŞ-a məxsus “Corc H.V Buş” adlı aviadaşıyıcı Yunanıstanın Krit adasına göndərilib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Yunanıstandakı səfirliyi Tvitter hesabında fotolar paylaşıb.
“Birlikdə yaxşı gedən iki şey: yunan təbiəti və Amerikanın gücü”, - fotoların altında yazılan şərhdə bildirilib.
Qeyd edək ki, Türkiyə mediası bunu rəsmi Ankaraya üstüörtülü təhdid kimi dəyərləndirib.