Krım partlayışını kim törədib? – İlk açıqlama

13:31 8 Oktyabr 2022

Krım körpüsündəki partlayış Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatıdır.

Axar.az xəbər verir ki, bu barədə UNİAN hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadla məlumat yayıb.

“Krım körpüsündə partlayış Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyatıdır”, - mənbə bildirib.

Ukrayna TX hələ ki, olayı şərh etməyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq daşıyan qatarda partlayış baş verib.

 



Xəbər xətti