Rusiya ordusunun gecə saatlarında Zaporojyeyə raket hücumu nəticəsində şəhərin özəl sektorunun yaşayış binaları və küçələri dağıdılıb, ölənlər var.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Zaporojye Şəhər Şurasının katibi Anatoli Kurtev məlumat verib.
“İlkin məlumatlara görə, 5 fərdi yaşayış evi dağılıb, 40-a yaxın evə ziyan dəyib. Hazırda 17 nəfərin öldüyü məlumdur, 40 nəfər yaralanıb”.
Xatırladaq ki, gecə saatlarında Zaporojye Regional Hərbi Administrasiyasının sədri Aleksandr Starux şəhərə onlarla yeni raketin atılması barədə məlumat vermişdi.