Zelenskinin ofisi də vurulur

11:13 10 Oktyabr 2022

Kiyevə atılan raketlərdən biri Ukrayna Prezident Ofisinin yaxınlığına düşüb.

Axar.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

“Raketlərdən biri Kiyevin Vladimirski küçəsində yerləşən Qruşevskinin heykəlinin yanına düşüb. Bu küçədə Ukrayna Təhlükəsizlik Xidmətinin binası, bir az aralıda isə Prezident Ofisi yerləşir”, - Geraşenko bildirib.

 

 



Xəbər xətti