Rusiya ordusu Ukraynaya bu gün səhər saatlarından etibarən 75 raket zərbəsi endirib.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnıy açıqlayıb.
Onun sözlərinə görə, 75 raketdən 41-i zərərsizləşdirilib: “Həmçinin ölkə ərazisinə zərbə endirmək üçün döyüş pilotsuz uçuş aparatlarından istifadə olunur. Hazırda hücum davam etdirilir. Hər kəsi sığınacaqda qalmağa çağırıram”.
Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini və s. əraziləri raket atəşinə tutub.