“Rusiya və Belarus birgə regional qoşun qrupunun fəaliyyəti barədə razılığa gəlib”.
“Qafqazinfo” “Belta”ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammitindən sonra Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüş keçirib: “İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin kəskinləşməsi ilə əlaqədar biz Rusiya və Belarus regional qrupunun formalaşdırılması barədə razılığa gəldik”.