Rusiyanın Ukraynaya atdığı raketlər Moldovanın hava məkanını pozub.
Sitat.info xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov təcili olaraq Moldova Xarici İşlər Nazirliyinə çağırılacaq:
“Rusiyanın Qara dənizdəki hərbi gəmilərindən atılan 3 ədəd qanadlı raket ölkəmizin ərazisinə keçib. Milli hava məkanımızın pozulması tamamilə yolverilməzdir”.
/Axar.az