Ovannisyandan şok: Əliyev bizə seçim və şans verdi - Video

16:12 10 Oktyabr 2022

Erməni xalqının Mərkəzi Seçki Komissiyası İlham Əliyevdir. O, bizə yenə şans verdi, qarşımıza seçim qoydu.

Sitat.info xəbər verir ki, bu fikirləri İrəvan telekanalanın “İcmal” verilişinin efiri zamanı tanınmış erməni siyasətçi Vahe Ovannisyan bildirib.

“Ermənistanda seçkilər başlayıb. Bu barədə İlham Əliyev qərar verib və əslində, o, bizim yeganə MSK-mızdır. O, bizim milli seçki bülleteninə ikicə sual yazıb:

1. Dövlət kimi mövcüd olmaq istəyirsiniz?

2. Ermənistan adekvat respublikadır, yoxsa köçəri bir xalq?

Üç milyon insanın taleyi yalnız İlham Əliyevin əlindədir. Nəinki 3 milyon, hətta erməni xalqının gələcək nəsillərinin taleyi belə o adamın əlindədir. Artıq yalanlar bitdi, biz bu reallığı qəbul etməliyik. Ya yaşayırıq, ya da köçəri kimi mövcud oluruq”, - deyə o bildirib.



Xəbər xətti