Kadırov Zelenskini yenidən hədələdi:  "Arxana baxmadan qaç"

20:14 10 Oktyabr 2022

Rusiya Prezidenti Vladimir Putinə verdiyi işğal dəstəyilə gündəmə gələn Çeçenistan lideri Ramazan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskini hədələyib. 

Sitat.info xəbər verir ki, Kadırov Zelenski barəsində "arxasına baxmadan qaçsın" ifadələrini işlədib.

 "Zelenski Kiyevə və digər şəhərlərə edilən hücumlardan şikayətlənir. Zelenski, sən hücumlar edirsən, amma biz edə bilmirik? Niyə bunu düşünmədin?" - deyə Kadırov bildirib. 

Zelenskiyə bundan əvvəl də xəbərdarlıq etdiklərini bildirən Kadırov sözlərinə belə davam edib:

 “Sizi xəbərdar etmişdik ki, Rusiya hələ müharibəyə tam başlamayıb, zəif adamlar kimi şikayətlənməyi dayandırın. Bu raketlər güclənmədən qaçın və arxaya baxmayın".

/Demokrat.az



Xəbər xətti