İranda bir neçə hökumət məmuru öldürülüb. Onların etirazçılar tərəfindən qətlə yetirildiyi iddia olunur.
Sitat.info xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Zəngan şəhərində kütləvi etirazlar zamanı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı yarımhərbi radikal "Bəsic" birləşməsinin üzvü Qulamrza Bamdadi öldürülüb.
Bununla yanaşı, Tehranda Salman Əmirəhmədi adlı "Bəsic" üzvünün də qətlə yetirldiyi bildirilir.
İran mediasının verdiyi xəbərə görə, Kürdüstan əyalətinin Sənəndəc şəhər polis idarəsi rəisinin müavini Rəsul Bərzuyi də həyatını itirib.
Tehran şəhərinin 9-cu bölməsinin 209-cu “Bəsic” bölməsinin komandiri Əlirza Həbibzadeqanın da öldürüldüyü qeyd olunur.
Sözügedən şəxslər son 2 gündə həlak olublar və bir sıra məlumatlara görə, onlardan ikisi xüsusi təyinatlı qüvvələrin xalqa atəş açdığı zaman güllə yarası alaraq ölüblər.