“Rusiya ordusu Zaporojyeyə raket zərbəsi endirib”.
“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Starux açıqlayıb
Onun sözlərinə görə, Rusiya ordusu vilayətin mərkəzinə zərbə endirib. Starux, həmçinin qeyd edib ki, rusiyalı hərbçilərin hədəfi infrastruktur obyektləri olub.
Hazırda dağıntı və xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.