Rusiya Zaporojye 12 ədəd S-300 raketi atıb, ölən var — YENİLƏNİB (FOTO)

10:38 11 Oktyabr 2022

Ukraynanın Odessa vilayətində partlayış olub.

“Report” UNİAN-a istinadən xəbər verir ki, yerli əhali partlayış səsləri eşidib.

Hadisənin təfərrüatları hələ ki, məlum deyil.

10:11

Rusiya Ukraynanın Zaporojye şəhərinə 12 ədəd S-300 zenit raketi atıb, ölən var.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasından bildirilib.

Qeyd olunub ki, ictimai iaşə obyektləri, o cümlədən təhsil müssisələri ilə yanaşı, dövlət obyektləri də hədəf alınıb. 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidəki yanğını söndürüblər. 

Məlumata görə, Rusiyanın atdığı 2 raket avtosalona düşüb, 1 nəfər ölüb.

09.36

Bu gün səhər saatlarında Rusiya Ukraynanın Zaporojye şəhərinin mərkəzinə raket zərbələri endirib.

“Report” “Ukrainski pravda”ya istinadən xəbər verir ki, bunu Zaporojye Hərbi Administrasiyasının rəhbəri Oleksandr Starux bildirib.

O deyib ki, hücum zamanı infrastruktur obyektləri hədəfə alınıb.

Dağıntı və tələfatla bağlı araşdırma aparılır.

Məlumata görə, Rusiyanın hücumu zamanı ictimai iaşə obyektlərinə, o cümlədən təhsil və tibbi müəssisələrinə, yaşayış binalarına ziyan dəyib.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərini və bir neçə vilayəti raket atəşinə tutub.



Xəbər xətti