Oktyabrın 11-də səhər saatlarında rus işğalçıları Ukraynanın raket terrorunu davam etdiriblər. Kiyev bölgəsi hücuma məruz qalıb. Hava hücumundan müdafiə sistemi işə düşüb və iki raket vurulub.
Sitat.info xəbər verir ki, bu barədə Kiyev regional hərbi administrasiyasının sədri Aleksiy Kuleba məlumat verib.
Onun sözlərinə görə, Kiyevin bölgələrindən birində hava hücumundan müdafiə qüvvələri raketi vurub. Eyni zamanda, hava hücumu xəbərdarlıq siqnalları hələ də səslənməyə davam edir.
Nərgiz,
SİTAT.İNFO