Türkiyədə zəlzələ baş verdi

21:13 11 Oktyabr 2022

Türkiyənin Osmaniyə vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yerli vaxtla saat 18:48-də meydana gələn yeraltı təkanların episentri Osmaniyənin Düziçi rayonu, ocağı isə yerin yeddi kilometr dərinliyindədir.

Yeraltı təkanlar ölkənin Adana, Qaziantep və Hatay vilayətlərində də hiss edilib.//Axar.az



Xəbər xətti