“Tesla” və “Speys X” şirkətlərinin rəhbəri, iş adamı İlon Mask Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada sülh planını müzakirə etmədiyini bildirib.
Axar.az xəbər verir ki, o, Putinlə yalnız bir dəfə danışdığını bildirib.
“Bu, elə deyil. Putinlə cəmi bir dəfə, təxminən 18 ay əvvəl danışmışam. Mövzu kosmos idi”, - deyə Mask bildirib.
Qeyd edək ki, “Eurasia Group” analitik mərkəzi Maskın bir neçə həftə əvvəl Putinlə Ukrayna ilə bağlı sülh planını müzakirə etdiyini iddia etmişdi.