Bayden səhvən oğlunun İraqda öldüyünü dedi - Video

09:48 13 Oktyabr 2022

Tez-tez ictimaiyyət qarşısında çıxışları ilə gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə də ənənəsinə sadiq qalıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ABŞ lideri Kolorado ştatında çıxışı zamanı səhvən oğlu Bo Baydenin İraqda dünyasını dəyişdiyini deyib. Bo Bayden isə əslində xərçəng xəstəliyindən vəfat edib. 

Bayden çıxışı zamanı qeyd edib ki, Koloradoda daha sonradan İkinci Dünya Müharibəsində iştirak edən amerikalı hərbçilər təlim keçiblər: “Təsəvvür edin. Mən bunu səmimi şəkildə deyirəm. Mən bunu “Bürünc ulduz” medalı alan və İraqda həyatını itirən bir şəxsin atası kimi deyirəm”. 

Qeyd edək ki, Baydenin böyük oğlu Bo Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib. O, 2015-ci ildə ABŞ-da 46 yaşında beyin xərçəngindən dünyasını dəyişib.




Xəbər xətti