“Rusiya-Ukrayna müharibəsi ədalətli şəkildə başa çatmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı deyib.
“Məqsədimiz çətinliklərə baxmayaraq, əldə olunan sürəti davam etdirmək və axan qanı tez bir zamanda dayandırmaqdır”, - deyə Ərdoğan söyləyib.