Güneyli vəkil: Təbrizdə baş tutan kütləvi etirazlarda 1700 nəfər həbs edilib

12:11 13 Oktyabr 2022

Güney azərbaycanlı hüquqşünas Sina Yusifi Təbrizdə keçirilən son etiraz aksiyalarında 1700 nəfərin həbs edildiyini açıqlayıb.

Sina Yusifi öz “Twitter” səhifəsində yazıb: “Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyası son aksiyalarda saxlanılanlara hüquqi dəstək göstərmək üçün “Müdafiə Komitəsi” yaradıb. Təbrizdə 1700-dən çox şəxsin həbs edildiyi bildirilir.

Təbrizdə dəhşətli sayda insanın həbs olunduğu bir vaxtda, Urmu, Ərdəbil, Zəngan, Məlik Kəndi, Mərənd, Xiyav, Kərəc, Tehran və baş şəhərlərdə hökumət əleyhinə etirazlarda daha minlərlə Azərbaycan türkü həbs edilib, daha neçə-neçə güney azərbaycanlı da İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Onlardan bir çoxu həbs olunarkən hökumət qüvvələri tərəfindən vəhşicəsinə döyülüb və çox sayda insan da saxlanıldığı müddətdə işgəncələrə məruz qalıb.



Xəbər xətti