İran İnsan Haqları Təşkilatı oktyabrın 13-də yaydığı məlumatda son 25 gündə baş verən etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülən və kimliyi təsdiq olunan ölü sayının 201 nəfər olduğunu açıqlayıb.
Sitat.info "Azad İran" telegram kanalına istinadən xəbər verir ki, təşkilatın sədri Mahmud Əmiri Müqəddəm məsələ ilə bağlı açıqlamasında etiraz aksiyaları keçirməyin vətəndaşların qanuni hüququ olduğunu deyib və hökumətin repressiyalarını pisləyib.
O, xüsusilə Sistan-Bəluçistan əyalətində ölü sayının daha çox olduğunu deyib və hökumətin yeni repressiv addımları barədə xəbərdarlıq edib.
Xatırladaq ki, insan haqları təşkilatının açıqladığı hesabatda İranın 17 əyalətində onlarla insan öldürülsə də, ən çox insan itkisi Sistan-Bəluçistan, Mazandaran, Gilan, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində qeydə alınıb.