Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində Oskil çayının sol sahilində əks-hücum əməliyyatlarını davam etdirir.
Axar.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi Tvitterdə məlumat yayıb.
“Donetsk vilayətində də aktiv döyüşlər gedir. Ruslar Baxmut yaxınlığında irəliləməyə çalışırlar, lakin Ukrayna Silahlı Qüvvələri müdafiəni saxlayır. Rusiya ordusu Zaporojye vilayətində cəbhə xətti boyunca yaşayış məntəqələrini atəşə tutmaqda davam edir”, - məlumatda qeyd edilib.