Rusiya ordusu Lvov vilayətinə raket zərbəsi endirib.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, raket zərbəsi nəticəsində hərbi obyektlərdən birinə ziyan dəyib.
“Hərbi əmlak məhv edilib, itki yoxdur”, - Lvov polis idarəsinin rəisi Maksim Kozitskiy bildirib.
O, Lvov vilayətinə 3 raket atıldığını, onlardan birinin hava hücumundan müdafiə sistemi ilə vurulduğunu deyib.