Putin pul itirir: Rusiyanın bu sahədən gəlirləri minimuma enib

14:51 14 Oktyabr 2022

Rusiyanın Ukraynaya müdaxiləsinin səkkizinci ayında Kremlin neft ixracından əldə etdiyi gəlirlər bu il ən aşağı həddə düşüb.

Sitat.info xəbər verir ki, bu barədə Bloomberg Beynəlxalq Enerji Agentliyi yazıb.

Sentyabrın sonunda Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər neft ixracının azalması və neftin qiymətinin düşməsi fonunda 15,3 milyard dollara düşüb ki, bu da ilin ən aşağı göstəricisidir.
Bu, bir ayla müqayisədə 3,2 milyard dollar və ya 17,3% azdır. Xam neft ixracının sutkada 260 min barel azalması Rusiyanın illik gəlirlərinin ən kəskin azalmasına səbəb olub.

Sentyabrda Rusiyadan Aİ-yə gündəlik xam neft və neft məhsullarının axını 390 min barel azalaraq 2,6 milyon barrelə düşüb. Ölkənin ümumi ixracatında Avropa bazar payı 2022-ci ilin əvvəlindəki 50%-dən 35%-ə düşüb.

Rusiyanın gəlirlərinə daha bir zərbə neftin qiymətinin aşağı düşməsi oldu. Sentyabrda benchmark Urals markalı neftin orta qiyməti 8,7% azalaraq 68,65 dollar/barel təşkil edib.

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti