Ruslar yerli sakinləri Xersondan çıxarıb Rusiyaya göndərirlər: Görün nədən qorxurlar -ŞOK SƏBƏB

15:09 14 Oktyabr 2022

Ukraynanın cənub cəbhəsində Rusiya ilə Ukrayna arasında müharibə intensiv şəkildə davam edir. Ukrayna cənub cəbhəsindəki uğurlarını davam etdirərkən, Rusiyanın ilhaq etdiyi 4 bölgədən biri olan Xersonda əhaliyə təxliyə çağırışı edilib.

Moskva rəhbərliyinin bölgəyə təyin etdiyi Rusiya rəsmisi Vladimir Saldo əhaliyə bu sözlərlə müraciət edib:

"Xerson bölgəsi hər gün raket hücumlarına məruz qalır. Bu raket hücumları xüsusilə bölgə sakinlərinə ciddi ziyan vurur. Vurulan hədəflər arasında otellər, yaşayış yerləri, bazarlar, mülki əhalinin çox olduğu yerlər var. Xalqdan Xersonu tərk etmələrini xahiş edirik. Xerson sakinləri Rusiyanın Rostov, Krasnodar və Stavropol bölgələrinə, eləcə də ilhaq edilmiş Krıma keçə bilərlər.  Bu işdə köməklik etməyinizi xahiş edirəm". 

Saldo bu sözlərin ardından vurğulayıb ki, Rusiya əslində onlara kömək məqsədilə bunu edir. Əslində isə qorxduqları yaxınlaşan Ukrayna ordusuna yerli əhalinin kömək edəcəyi və yaradılan partizan dəstələrinin orduya qoşulub ruslara daxildən zərbə endiriləcəyidir. 

 Qeyd edək ki, Xerson vilayətinin şimal-qərbindəki bəzi torpaqları geri qaytarmağa nail olan Ukrayna ordusu son həftələr bölgənin mərkəzi olan Xersona yaxınlaşır. Ukrayna rəsmiləri gecə saatlarında açıqlama yayıblar ki, Ukrayna Silahlı Qüvvələri cənub cəbhəsində ardıcıl olaraq ərazi uğurları əldə edib, o cümlədən ötən ay Xersonda 75 yaşayış məntəqəsini geri alıb.

Şərqi Xarkov vilayətində 502, Donetsk vilayətində 43 və Luqansk vilayətində 7 yaşayış məntəqəsinin ruslardan geri alındığı da bildirilib.

 



Xəbər xətti