Fransanın bu şirkəti Rusiyadakı əksər əməliyyatlarından çəkiləcək

00:04 15 Oktyabr 2022

Fransanın qida şirkəti “Danone” Rusiyadakı əksər əməliyyatlarından çəkiləcək.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda “Danone” şirkəti açıqlama yayıb.

Açıqlamada, şirkətin Rusiyadakı süd və bitki mənşəli məhsulların fəaliyyətinin köçürülməsi üçün prosedura başlamaq qərarı verdiyi bildirilib.

Sözügedən əməliyyatın səlahiyyətli orqanların razılığına tabe olacağı və şirkətə 1 milyard avroya qədər başa gələ biləcəyi qeyd edilib.



Xəbər xətti