ABŞ Konqresinin Nümayəndələr Palatasının Ermənistana səfər edəcək nümayəndə heyətinin tərkibi məlum olub.
“Sitat.info” xəbər verir ki, bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.
Məlumata görə, heyət tərkibində konqresmenlər Endi Levin, Cim Kuper, Billi Lonq, Diane de Gette, Cerri Konnoli, Con Qaramendi və Devid Prays yer alır.
Qeyd edək ki, bundan əvvəl erməni politoloq Suren Sarkisyan konqresmenlərin gözlənilən səfəri barədə yazmışdı.//Qafqazinfo